Dəm qazından zəhərlənən qadın ölüb

12:01 19.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünən axşam saatlarında Qəbələ rayonunun Zarağan kəndində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü A.Rüstəmovanın dəm qazından zəhərlənərək ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, rayon polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

İlkin ehtimala görə, hadisə azyaşlı vanna otağında olarkən dəm qazından zəhərlənməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.